Azərbaycan istehsalı olan BRDM ilk dəfə “ADEX 2016”-da nümayiş etdirilir

Azərbaycan istehsalı olan BRDM ilk dəfə “ADEX 2016”-da nümayiş etdirilir
# 29 sentyabr 2016 13:13 (UTC +04:00)


Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan istehsalı olan BRDM ilk dəfə olaraq Bakıda keçirilən II “ADEX 2016” beynəlxalq müdafiə sərgisində nümayiş etdirilir.

Müdafiə Sənayesi Nazirliyinin (MSN) stendindən APA-ya verilən məlumata görə, BRDM-in üzərində Türkiyənin “Roketsan” şirkətinin istehsalı olan tank əleyhinə raket kompleksi quraşdırılıb.

Bildirilib ki, BRDM-də dinamik müdafiəli hədəflərə qarşı tandem döyüş başlıqlı 4 raket, hərəkət vaxtı və hərəkətdə olan hədəflərə atış imkanı üçün 2 oxlu stabilləşdirici sistem, naviqasiya sistemi və dost-düşmən tanıtma sistemi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR