Yəməndə atəşkəs barədə razılıq əldə olunub

Yəməndə atəşkəs barədə razılıq əldə olunub
# 20 mart 2016 22:52 (UTC +04:00)

Bakı-APA. Yəməndə hökümət qüvvələri və üsyançı husilər 1-2 həftəlik atəşkəs barədə razılığa gəliblər.

APA-nın xəbərinə görə, bu barədə Assosiated Press agentliyi xəbər verib.

Martın 19-da BMT-nin Yəmən üzrə xüsusi elçisi İsmayıl Uld Şeyx Əhməd münaqişənin nizamlanmasına dair yeni raund danışıqları təşkil etmək üçün üsyançıların nəzarəti altında olan Sənaya gəlib.

Qeyd edək ki, tərəflər arasında sülh prosesinə son nəticəsiz cəhd ötən ilin dekabrında, Cenevrədə edilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası ötən ilin martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR