Deputat İsmayıllıda seçiciləri ilə görüşüb

Deputat İsmayıllıda seçiciləri ilə görüşüb
# 01 aprel 2016 08:41 (UTC +04:00)

Bakı-APA. Milli Məclisin deputatı Novruz Aslanov martın 31-də İsmayıllı rayonunda seçiciləri ilə görüşüb.

APA-nın xəbərinə görə, qəbul millət vəkilinin İsmayıllı şəhərində yerləşən qərargahında olub. Millət vəkilinə müraciətlər əsasən, məişət problemləri, işlə təminat və digər sosial yönümlü məsələlərdən ibarət olub. Bir neçə məsələ yerindəcə həll edilib. Digər məsələlərlə bağlı millət vəkili əlaqədar strukturlara müraciət edəcəyini bildirib.

Məlumat üçün bildirək ki, qəbula gələn və ya əlavə olaraq müraciət edən sakinlərə ərzaq yardımları da edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR