Azərbaycanda talassemiya xəstələrinin ən çox olduğu rayonlar açıqlanıb

Azərbaycanda talassemiya xəstələrinin ən çox olduğu rayonlar açıqlanıb
# 04 mart 2016 10:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Hazırda Azərbaycanda qan xəstəliyi baxımından ümumi fon yaxşıdır”.

APA-nın xəbərinə görə, respublikanın baş hematoloqu Çingiz Əsədov deyib ki, əvvəllər RLS-ə görə Qəbələ qan xəstəliyi baxımından riskli ərazi sayılırdı: “Orada qan xəstələrinin sayı daha çox idi. İndi isə bütün ekoloji standartlara riayət edilir, təbii şüalanma var. Hazırda Şəki, Ağdaş, Kürdəmirdə talassemiya xəstəliyinə daha çox rast gəlinir. Talassemiya xəstələrinin sayı cənub rayonlarında da çoxdur”.

Hazırda Azərbaycanda 1000 nəfər leykoz xəstəsinin qeydiyyatda olduğunu deyən Ç. Əsədovun sözlərinə görə, ölkədə bu xəstələrin sayı digər ölkələrlə müqayisədə daha azdır. Ç.Əsədov qeyd edib ki, Azərbaycanda bu xəstələrin sayının az olması son illər ekoloji vəziyyətin yaxşılaşması və qidalanmanın düzgün olması ilə əlaqədardır: “Hazırda əsas məqsəd leykozlu xəstələrin tam sağalmasıdır. Əgər əvvəllər onların ömrünün uzadılması nəzərdə tutulurdusa, indi tam sağalması qarşıya məqsəd qoyulur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR