SOCAR ötən ay Novorossiysk limanından xam neft ixracı etməyib

SOCAR ötən ay Novorossiysk limanından xam neft ixracı etməyib
# 01 mart 2016 15:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin fevral ayında SOCAR Novorossiysk limanından neft ixracını həyata keçirməyib.

"APA-Economics" SOCAR-ın yaydığı statistik göstəricilərə istinadən xəbər verir ki, 2015-ci ilin fevral ayında SOCAR Novorossiysk limanından 84 807 ton xam neft ixrac edib.

Ümumilikdə, bu ilin yanvar-fevral ayları ərzində Novorossiysk limanından 258 ton xam neft ixrac edilib ki, bu da ötən ilin iki ayı ilə müqayisədə 985,71 dəfə azdır. 2015-ci ilin yanvar-fevral ayları ərzində Novorossiysk limanından 254 min 314 ton xam neft ixrac edilib.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Qeyd edək ki, ötən ay Kulevi terminalından 14 min 946 ton xam neft ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR