"Nikoil Bank" Böyük Vətən Müharibəsi veteranlarını təbrik edib

"Nikoil Bank" Böyük Vətən Müharibəsi veteranlarını təbrik edib
# 10 may 2016 10:06 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Faşizm üzərində Qələbə günü şərəfinə “Nikoil Bank”ın kollektivi bir sıra xeyriyyə və sosial tədbirləri həyata keçirib.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, bankın maliyyə dəstəyi ilə Bakı şəhərində yerləşən Rus Mədəniyyət Mərkəzində "Dinamiks" vokal ansamblının "Oxu əsgər, öz əsgər yolun haqqında" adlı qastrol konsertinə start verilib. Konsert aprelin 27-dən mayın 15-dək davam edəcək və Bakı şəhəri daxil olmaqla Azərbaycanın bir sıra şəhər və regionlarında keçiriləcəkdir.

“Nikoil Bank” faşist işğalçıları üzərində qələbənin əldə edilməsində əvəzsiz töhfəsini verən veteran müştərilərini və bankın əməkdaşlarının birbaşa qohumlarını da unutmayıb. Bank tərəfindən qiymətli hədiyyə ilə yanaşı, hər bir veterana maddi yardım göstərilib.

Növbəti tədbir isə artıq ənənəvi xarakter daşıyan Leninqrad mühasirəsi iştirakçıları (hazırda Sankt-Peterburq) İctimai Birliyinin üzvləri ilə görüş olub. Bayram ziyafəti zamanı hər bir mühasirə iştirakçısına bank tərəfindən maddi yardım təqdim edilib.

Xatırladaq ki, 1941-1945-ci illər ərzində 600 minə yaxın azərbaycanlı sovet ordusu sıralarına çağırılıb və təxminən yarısı cəbhədə gedən döyüşlərdə həlak olub.

“Nikoil Bank” əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. “Nikoil Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az rəsmi internet səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR