Prokuror yeznəsini öldürən, onun bacısına xəsarət yetirən şəxsə 19,6 il cəza istəyib

Prokuror yeznəsini öldürən, onun bacısına xəsarət yetirən şəxsə 19,6 il cəza istəyib
# 29 sentyabr 2016 11:12 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yeznəsini və öldürməkdə, onun bacısına isə xəsarət yetirməkdə təqsirləndirilən Ziya Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


APA-nın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında bildirib ki, cəza təyin olunan zaman onun polisə könüllü təslim olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Prokuror təqsirləndirilən şəxsin 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Öldürülən Vasif İsmayılovun anası Tərlan İsmayılova isə ona ömürlük cəza verilməsini istəyib.

Məhkəmənin növbəti iclası oktyabrın 3-nə təyin edilib.

Qeyd edək ki, bu il yanvarın 20-də Sabunçu rayonunda Tərtər rayon sakini Z. Əzizov mübahisə zəminində bacısının əri, Bərdə rayon sakini Vasif İsmayılovla bıçaqlayıb. V. İsmayılovun bacısı Aynur İsmayılova hadisəyə müdaxilə etmək istəyərkən əlindən xəsarət alıb. Xəstəxanaya yerləşdirilmiş V. İsmayılov orada ölüb. Münaqişənin pul üstündə olduğu müəyyənləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR