Futbol üzrə Fransa çempionu məlum olub

Futbol üzrə Fransa çempionu məlum olub
# 13 mart 2016 17:05 (UTC +04:00)

Bakı-APA. Fransa çempionatında XXX turun qarşılaşmaları oynanılır.

Apasport.az saytının məlumatına görə, lider PSJ artıq bu turda çempionluğunu rəsmiləşdirib. Belə ki, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Trua”nın qonağı olan Paris təmsilçisi rəqibinin qapısından 9 cavabsız qol keçirib.

Bununla da, ən yaxın izləyicisi ilə xal fərqini 25-ə yüksəldən parislilər sona 8 tur qalmış əlçatmaz olub və çempionluğunu elan edib.

Qeyd edək ki, Fransa birinciliyi "Böyük beşlik" ölkələri arasında qalibi müəyyənləşən ilk çempionat olub.

13 mart

“Trua” – PSJ - 0:9

Qollar: Kavani, 13, 75, Pastore, 17, Rabiot, 19, İbrahimoviç, 46, 52, 55, 89, Saunyer, 58 (öz qapısına)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR