Zimbabve prezidenti “Rio-2016”-da iştirak edən idmançıların hamısını həbs etdirib

Zimbabve prezidenti “Rio-2016”-da iştirak edən idmançıların hamısını həbs etdirib
# 28 avqust 2016 14:58 (UTC +04:00)

Bakı-APA. Zimbabvenin “Rio-2016” Olimpiya Oyunlarında iştirak edən komandasının bütün üzvləri həbs edilib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 31 idmançı Zimbabve prezidenti Robert Muqabe əmri əsasında həbs ediliblər.

R. Muqabenin qəzəblənməsinin səbəbi isə idmançıların “Rio-2016” Olimpiya Oyunlarında heç bir medal qazana bilməmələri olub. Zimbabve prezidenti deyib ki, onlar atlet deyil, siçandırlar: “Əgər qonşu Botsvan idmançıları kimi 4-cü, 5-ci yeri belə tuta bilmirsinizsə, pulumuzu boş yerə xərcləmisiniz. İdmançılara sərf edilən pula a məktəb tikmək, yaxud əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq mümkün idi. Həmin idmançılar onlara xərclənən pulları geri qaytaracaqlar. Belə hesab edək ki, hökumət onlara Braziliyanı 1 turist kimi gəzmək üçün kredit ayırdı. Hər halda, o idmançılar bundan başqa heç nəyə yaramadılar. Bu proses 10 il də davam etsə, o idmançılar xərclənmiş pulu geri qaytaracaqlar”.

Qeyd edək ki, Zimbabve atletlərinin ən yaxşı nəticəsi 8-ci yer olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR