Dubay-Kiyev təyyarəsində bomba olduğunu bildirən sərxoş sərnişin saxlanılıb

Dubay-Kiyev təyyarəsində bomba olduğunu bildirən sərxoş sərnişin saxlanılıb
# 25 mart 2016 15:17 (UTC +04:00)

Bakı – APA. Bu gün Dubay-Kiyev marşrutu ilə uçan təyyarənin sərnişinlərindən biri təyyarəyə partlayıcı qurğu keçirdiyini bildirib.

APA-nın “censor.net” saytına istinadən verdiyi məlumata görə, təyyarə Kiyevə çatdıqdan sonra Rusiya vətəndaşı, 1956-cı il təvəllüdlü Vasili Mişşuk təyyarədə partlayıcı olduğunu deyib. Təyyarə yoxlanıb və hər hansı partlayıcı aşkar edilməyib. Ukrayna Təhlükəsizlik Xidməti (SBU) sərxoş olduğu bildirilən V. Mişşuku və Viktor Kuçer adlı digər Rusiya vətəndaşını saxlayıb.

Təyyarədə 149 sərnişin olub.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR