SKMF xətti ilə ötən qadın sahibkarlara verilən kreditlərin həcmi açıqlanıb

SKMF xətti ilə ötən qadın sahibkarlara verilən kreditlərin həcmi açıqlanıb
# 25 fevral 2016 11:32 (UTC +04:00)

Bakı - APA-Economics. Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vasitəsilə 2015-ci il ərzində 762 qadın sahibkara 22,1 mln. manat dövlətin güzəştli kreditləri verilib.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, verilmiş güzəştli kreditlər hesabına 1 707 yeni iş yerinin yaradılması imkanı yaranıb.

Maliyyələşdirilən layihələrinin sayı ötən illə müqayisədə 8,4%, məbləği 2,4 dəfə, bu kreditlər hesabına yaradılması nəzərdə tutulan yeni iş yerlərinin sayı isə 24% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR