Bu il 54 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub

Bu il 54 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub
# 21 iyun 2016 08:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın Fəaliyyət Planına uyğun olaraq, 2016-cı ilin yanvar-iyun ayları ərzində ölkə üzrə 54 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub.

İndiyədək ATŞ-ə qoşulmuş 2351 təhsil müəssisəsi yüksək sürətli internetlə təmin olunub, onların şəbəkə daxilində bir-biri və Təhsil Nazirliyinin digər qurumları ilə kommunikasiyası yaradılıb.

ATŞ ölkədə tədris prosesini daha effektiv qurmağa imkan yaratmaqla yanaşı, məsafədən asılı olmayaraq, təhsildə müsbət təcrübənin yayılmasını da təmin edir. Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də ATŞ vasitəsilə müvafiq elektron resurslardan istifadə edə bilirlər. ATŞ-də istifadə edilən “Websens” proqramının internet filtrasiya sistemi vasitəsilə məktəblilər üçün zərərli hesab edilən veb-saytlara giriş məhdudlaşdırılıb.

Onu da qeyd edək ki, 2016-cı ilin yanvar-iyun ayları ərzində tədris ocaqlarının İKT avadanlıqları ilə təmin olunması məqsədilə ölkə üzrə təhsil müəssisələrinə 500 ədəd noutbuk və 755 ədəd proyektor verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR