ETSN ölkədə isti hava şəraitinin davam edəcəyi ilə bağlı xəbərdarlıq edib

ETSN ölkədə isti hava şəraitinin davam edəcəyi ilə bağlı xəbərdarlıq edib
# 11 avqust 2016 13:57 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi ilə bağlı növbəti xəbərdarlıq edib. ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 15-dək anomal isti hava şəraitinin davam edəcəyi, maksimal temperaturun 35-39, bəzi günlərdə 41 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 15-dək havanın maksimal temperaturu 35-40, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 43, dağlıq rayonlarda 29-34 dərəcə isti olacaq.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında gözlənilən güclü isti temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR