Qazax rayon sakini itkin düşüb

Qazax rayon sakini itkin düşüb
# 09 iyun 2016 13:17 (UTC +04:00)

Qazax. Azər Məmmədli – APA. Qazax rayon sakini itkin düşüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, ailəsi Qazax rayon Daş Salahlı kənd sakini, 26 yaşlı Amil Nəsibov mart ayından xəbər ala bilmir. Valideynlərinin dediyinə görə, A. Nəsibov bu ilin fevral ayında işləmək məqsədi ilə Bakıya yollanıb. Martın 23-dək ailəsi ilə mütəmadi əlaqə saxlayan A. Nəsibov sonuncu dəfə gizli nömrə ilə atasına zəng vuraraq, bir neçə gün sonra rayona qayıdacağını, Türkiyəyə işləməyə gedəcəyini bildirib.

O vaxtdan bəri övladlarından xəbər ala bilməyən valideynlər Qazax rayon Polis Şöbəsinə müraciət ediblər. Hazırda Amil Nəsibovun tapılması istiqamətində tədbirlər həyata keçirilir. Valideynləri oğlanlarını görənlərdən 055 443 30 84 nömrəli telefona zəng vurub, məlumat vermələrini xahiş edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR