Nizami Kino Mərkəzinin direktoru vəzifəsinə təyinat olub

Nizami Kino Mərkəzinin direktoru vəzifəsinə təyinat olub
# 15 fevral 2016 14:19 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Leyli Mirzəyeva Nizami Kino Mərkəzinin direktor vəzifəsinə təyin olunub.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bununla bağlı nazir Əbülfəs Qarayev əmr imzalayıb.

Leyli Mirzəyeva Bakı Musiqi Akademiyasının məzunudur. Müxtəlif dövrlər ərzində "Kainat" Gənclik Mərkəzinə layihələr üzrə koordinator, Nizami Kino Mərkəzində marketinq şöbəsinin müdiri və kino işləri üzrə direktor müavini vəzifələrində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR