Qonşusunu öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

 Qonşusunu öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
# 05 avqust 2016 10:22 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Kamran Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən K. Bağırov 15 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin dekabrında Binəqədi rayonu ərazisində 32 yaşlı Bağırov Kamran Vahid oğlu 29 yaşlı Rüstəmov Cümşüd Əsəddulla oğlunu bıçaqlayaraq qətlə yetirib. Kamran Bağırov könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinə gedib və törətdiyi əməli etiraf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR