Azərbaycan səfiri Yaponiyanın yenidənqurma naziri ilə görüşüb

Azərbaycan səfiri Yaponiyanın yenidənqurma naziri ilə görüşüb
# 07 sentyabr 2016 10:26 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Yaponiyanın yenidənqurma naziri Masahiro İmamura ilə görüşüb.

APA-nın Azərbaycanın Yaponiyadakı səfirliyinə istinadən verdiyi xəbərə görə, G. İsmayılzadə naziri ikitərəfli münasibətlərin hazırki vəziyyəti və inkişafı ilə məlumatlandırılıb. M. İmamura 2011-ci ildə Yaponiyada baş vermiş zəlzələ zamanı Azərbaycan hökumətinin göstərdiyi maliyyə dəstəyinə görə təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR