İstanbulda törədilən terror nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb- YENİLƏNİB

İstanbulda törədilən terror nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb- <span style="color: red;">YENİLƏNİB
# 19 mart 2016 11:15 (UTC +04:00)

Bakı – APA. İstanbulun İstiqlal prospektində baş verən partlayış nəticəsində 4 nəfər ölüb.

APA-nın “milliyet.com.tr” saytına istinadən verdiyi məlumata görə, bunu İstanbul valisi Vasip Şahin açıqlayıb. O, partlayışı kamikadzenin törətdiyini, ölənlərdən birinin də məhz həmin terrorçu olduğunu bildirib. Yaralıların sayı 20 nəfərdir. Onlardan 3-nün durumu ağırdır. Yaralılardan 3-ü İsrail vətəndaşıdır.

Hadisə yerli vaxtla saat 10.55-də İstiqlal prospektindəki Balo sokak deyilən yerdə baş verib.

*** *** ***

Saat 13:16

Bakı - APA. Türkiyənin İstanbul şəhərinin mərkəzində - İstiqlal prospektində partlayış baş verib.

APA-nın NTV telekanalına istinadən verdiyi məlumata görə, ticarət mərkəzlərindən birinin qarşısında baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Partlayışın səbəbi hələlik bəlli deyil.

Hadisədən sonra prospekt polis tərəfindən nəzarətə götürülüb, gediş-gəliş dayandırılıb.

Qeyd edək ki, Taksim meydanı yaxınlığında yerləşən məşhur İstiqlal caddəsi ticarət mərkəzləri, mağazalar və əyləncə məkanlarının olduğu, insanların piyada çox sıx hərəkət etdiyi yerdir. İstanbula gələn turistlər ən çox bu ərazidə olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR