Suriyada daha bir rusiyalı hərbçi ölüb

Suriyada daha bir rusiyalı hərbçi ölüb
# 12 avqust 2016 17:10 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Suriyada daha bir rusiyalı hərbçi ölüb.

APA-nın “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, Suriyada gedən döyüşlərdə həyatını itirən rusiyalı hərbçi Əsgər Bijoyev ölümündən sonra “Cəsarət” medalı ilə təltif edilib.

Onun medalı valideynlərinə təqdim olunub.

Qeyd edək ki, may ayında Ə. Bijoyevin itkin düşməsi barədə xəbərlər yayılıb. İndiyədək Suriyada 19 rusiyalı hərbçinin öldüyü bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR