BAXCP beynəlxalq ictimaiyyəti İrana təzyiq göstərməyə çağırıb

BAXCP beynəlxalq ictimaiyyəti İrana təzyiq göstərməyə çağırıb
# 16 noyabr 2015 12:56 (UTC +04:00)

Bakı - APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.


BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda İranın dövlət televiziyasında (İRİB TV-2) Güney Azərbaycan türklərinin təhqir olunması və Fransada baş verən terror aksiyaları ilə bağlı məsələlər müzakirəyə çıxarılıb.

BAXCP İdarə Heyəti beynəlxalq ictimaiyyəti İranda Azərbaycan türklərinə qarşı ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən, rejimin mahiyyətindən qaynaqlanan siyasətə diqqət yetirməyə, Güney Azərbaycan türklərinin milli-mədəni və konstitusion hüquqlarının təmin edilməsi üçün rəsmi Tehrana təzyiq göstərməyə çağırıb. Parisdə baş verən terror aktını pisləyən BAXCP İdarə Heyətinin bəyanatında Azərbaycan xalqının uzun illər boyu erməni terrorizmindən əziyyət çəkdiyi vurğulanıb. Qeyd edilib ki, erməni terrorçularının vaxtilə türk və fransız diplomatlarına qarşı gerçəkləşdirdikləri qanlı aksiyalara, daha sonra isə Azərbaycanda həyata keçirdikləri amansız terror aktlarına münasibətdə susqunluq və laqeydliyin nümayiş etdirilməsi bu anti-insani əməlin sərhədlərinin daha da genişlənməsinə imkan yaradıb. Terrorizmə münasibətdə ikili standartların tətbiqinə son qoyulmasını və daha genişmiqyaslı tədbirlər həyata keçirilməsini zəruri sayan BAXCP İdarə Heyəti Parisdə baş vermiş faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR