Türkiyə səfiri: “Forum Azərbaycanın yüksək səviyyəli toplantılara uğurla ev sahibliyi etmə özəlliyini bir daha ortaya qoyur”

Türkiyə səfiri: “Forum Azərbaycanın yüksək səviyyəli toplantılara uğurla ev sahibliyi etmə özəlliyini bir daha ortaya qoyur”
# 10 mart 2016 13:31 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “IV Qlobal Forum dünyanın bir çox yerindən yüksək səviyyəli dövlət adamının qatıldığı çox önəmli forumdur. Bu, Azərbaycanın yüksək səviyyəli toplantılara uğurla ev sahibliyi etmə özəlliyini bir daha ortaya qoyur”.


APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib. O bildirib ki, bu tip forumlar beynəlxalq ictimaiyyətdə öncəlik daşıyan problemlərin müzakirəsi üçün platforma kimi çıxış edir: “Dünyanın öndə gələn insanları, yüksək səviyyəli rəsmiləri belə toplantılarda bir araya gələrək məsləhətləşmələr aparır və müzakirələrdən çıxan fikirlər təməlində bu problemlərin həll edilməsi üçün yollar axtarılır. Mühitin yaradılması da öz çapında yüksək nailiyyətdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR