Gömrük Akademiyasında idman yarışları keçirilib

Gömrük Akademiyasında idman yarışları keçirilib
# 08 yanvar 2016 09:02 (UTC +04:00)

Bakı - APA-Economics. Dövlət Gömrük Komitəsinin Akademiyasında tələbə və müdavimlər arasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə idman yarışları təşkil olunub.

Komitənin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, yarışlar zamanı futbol, stolüstü tennis və şahmat oyunları keçirilib.

İki həftə davam edən yarışların sonunda qaliblər müəyyən edilib. Yarışlarda fəallığı ilə seçilən və qalib gələn müdavim Elçin Seyidov, tələbələrdən isə Etibar Qarayev və Ələkbər Zeynalov Akademiyanın rəhbərliyi tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR