Gürcüstanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Gürcüstanın xarici işlər naziri  Azərbaycana səfər edəcək
# 05 mart 2016 10:47 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Gürcüstan Respublikasının xarici işlər naziri Mixael Canelidze martın 7-də Azərbaycana rəsmi səfər edəcək.

Gürcüstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, rəsmi səfər çərçivəsində M. Canelidze Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə, xarici işlər naziri Elmar Məmmədyarov, Milli Məclisin spikeri Oqtay Əsədovla görüşlər keçirəcək.

Görüşlər zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR