Kamal Abdullayev: “Dünyada mərhəmətə, sevgiyə, hörmətə böyük ehtiyac var”

Kamal Abdullayev: “Dünyada mərhəmətə, sevgiyə, hörmətə böyük ehtiyac var”
# 09 fevral 2016 12:08 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev “Qış məktəbi”nin iştirakçıları ilə görüşüb.

APA-nın məlumatına görə, K. Abdullayev bildirib ki, “Qış məktəbi” “Yay məktəbi”nin uğurlu nəticələrinə əsasən təşkil edilib: “Azərbaycan prezidenti İlham Əliyev “Yay məktəbi”nin nəticələri ilə tanış olduqdan sonra bildirdi ki, biz hökmən “Qış məktəbi”ni təşkil etməliyik. Ümid edirəm, yayda yenidən sizinlə görüşəcəyik. Sizin Azərbaycandakı dostlarınızla əlaqələriniz davam edəcək. Dünyada mərhəmətə, sevgiyə, hörmətə böyük ehtiyac var. Bu il Azərbaycanda multikulturalizm ili elan olunub. Bununla Azərbaycan prezidenti bütün dünyaya mesaj göndərdi ki, Azərbaycanda multikultural dəyərlər son dərəcə mühüm yer tutur. İnanıram ki, bu günlər ərzində siz bu dəyərlərə əyani şəkildə şahid olacaqsınız”.

Qeyd edək ki, Bakı Multikulturalizm Mərkəzinin “Qış məktəbi”nə Azərbaycanla yanaşı, Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Litva, Almaniyanın ali məktəblərinin tələbələri və xarici mütəxəssislər qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR