Moskvanın “Kazan” vağzalının rəisi rüşvət almaqda şübhəli bilinərək saxlanılıb

Moskvanın “Kazan” vağzalının rəisi rüşvət almaqda şübhəli bilinərək saxlanılıb
# 04 mart 2016 21:30 (UTC +04:00)

Bakı-APA. Moskvanın “Kazan” vağzalının rəisi Sergey Donetski 35 min rubl (500 dollar) rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Sergey Donetskinin vəkili vağzalın rəisinə tələ qurulduğunu iddia edir.

“Bu vəzifəyə təyinat alan Sergey Donetski qanunsuz taksi sürücüləri, ticarət obyektləri və narkotik satıcıları ilə sərt mübarizəyə başlayaraq, onları vağzal ərazisindən kənarlaşdırıb. Onun bu əməlləri kimlərinsə xoşuna gəlməyib”, - deyə vəkil bildirib.

Bundan başqa o vağzal rəisinə indiyədək ittiham irəli sürülmədiyini bildirib. Vəkilin sözlərinə görə, Sergey Donetski sözügedən zərfi nə görməyib, nə də götürməyib: “Fevralın 29-da qəbula gələn naməlum şəxs katibə bir zərf verərək gedib. Üç gün sonra gələn polis əməkdaşları otağa baxış keçiriblər və zərfi taparaq açıblar”, - deyə vəkil bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR