Rusiya Metsamor AES-in yeni blokunun tikintisində iştirak imkanlarını nəzərdən keçirir

Rusiya Metsamor AES-in yeni blokunun tikintisində iştirak imkanlarını nəzərdən keçirir
# 07 aprel 2016 14:37 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Rusiya əvvəlki kimi Ermənistan Atom Elektrik Stansiyasının yeni enerji blokunun tikintisində iştirak etmək imkanlarını nəzərdən keçirir”.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya baş naziri Dmitri Medvedevin İrəvana səfəri ilə bağlı sənədlərdə deyilir.

Qeyd edək ki, 2010-cu ilin fevralında “Metsamorenerqoatom” adlı Ermənistan-Rusiya müştərək müəssisəsi yaradılıb. Həmin ilin avqustunda Ermənistan ərazisindəki atom elektrik stansiyasında yeni enerji bloklarının tikintisi sahəsində əməkdaşlıqla bağlı hökumətlərarası müqavilə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR