Qanunsuz silah gəzdirməkdə təqsirləndirilən hüquqşünasın məhkəməsi başlayıb

Qanunsuz silah gəzdirməkdə təqsirləndirilən hüquqşünasın məhkəməsi başlayıb
# 24 may 2016 09:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq odlu silah gəzdirməkdə təqsirləndirilən Vüqar Abışovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyunun 2-nə təyin edilib.

Qeyd edək ki, V. Abışov ötən il Sumqayıtda saxlanılıb. Onun üzərindən odlu silah aşkar edilib. Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddəsinə əsasən ittiham edilən V. Abışovun hüquqşünas olduğu, əvvəllər Sumqayıtdakı zavodlardan birində çalışdığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR