Abşeronda məktəblərdən oğurluq edən şəxslər saxlanılıb

Abşeronda məktəblərdən oğurluq edən şəxslər saxlanılıb
# 04 mart 2016 09:54 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Abşeronda məktəblərdən oğurluq edən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də və 2-də Xırdalan şəhərində yerləşən 2 saylı orta məktəbdən 2500 manat və mobil telefon, 1 saylı orta məktəbdən 580 manat, Masazır qəsəbəsində yerləşən 1 saylı orta məktəbdən kompüter, qəsəbədə yerləşən Laçın rayonunun Çıraqlı kənd orta məktəbdəki seyfdən 700 manat və 2 saylı orta məktəbin inzibati binasından 2 ədəd kompüter oğurlamış Masazır qəsəbə sakinləri Mülkədar Rəhimov, Əkbər Kərimov və Namiq Həsənli tutulublar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR