Azərbaycanda müğənni intihar edib

Azərbaycanda müğənni intihar edib
# 25 dekabr 2015 12:27 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda intihar hadisəsi baş verib.

Sabunçu rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Elvin Ramazan oğlu Quliyev yaşadığı binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Qeyd edək ki, E. Quliyev müğənnilik fəaliyyəti ilə məşğul olub. O, Elvin Ordubadlı kimi tanınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR