Bakı-APA. OPEC ölkələri nümayəndələri Əlcəzairdə keçirilən qeyr-rəsmi görüşdə neft hasilatının dondurulmasına dair konsensusa nail olublar.
APA-nın xəbərinə görə, bunu “Reuters”-ə diplomatik mənbə bildirib.
Mənbənin bildirdiyinə əsasən, orta sutkalıq hasilatın 32,5 milyon barel səviyyəsinədək məhdudlaşdırılmasına dair razılıq əldə olunub.
Bildirilir ki, bununla bağlı kartel digər neft ixracatçı ölkələrini sazişə qoşulmağa çağıracaq.