"Nikoyl" bank bir neçə şirkəti məhkəməyə verib

"Nikoyl" bank bir neçə şirkəti məhkəməyə verib
# 18 dekabr 2015 09:29 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Nikoyl” İnvestisiya Kommersiya Bankı bir neçə şirkəti məhkəməyə verib.

APA-nın məlumatına görə, bank bağlanmış kredit müqaviləsinə əsasən ödənilməmiş əsas borcun, faiz borcunun, dəbbə pulunun və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib.

İş üzrə cavabdeh qismində "Alpha-Omega Trans” MMC, “Alpha&Omega Trade Company Limited” şirkəti, “Trade-Pod Co.LTD” şirkətləri göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR