Puşkin küçəsinin bir hissəsi 1 həftəlik təmirə bağlanır

Puşkin küçəsinin bir hissəsi 1 həftəlik təmirə bağlanır
# 14 dekabr 2015 10:11 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Avropa Qran-prisinin Azərbaycandakı təşkilatçısı “Baku City Circuit” gələn il iyun ayında keçiriləcək "Formula-1" yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir. Paytaxtın yarış trekinə daxil olan mərkəzi küçələrdə təmir-tikinti işləri mərhələli şəkildə həyata keçirilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, dekabr ayının 14-dən etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsindən Azadlıq meydanına qədər olan yol asfalt örtüyünün təmirinə bağlanıb. Qeyd olunan yol bir həftə müddətinə bağlanır, lakin Hökumət evinin qarşısındakı yeraltı avtomobil dayanacağının çıxışı açıq olacaq.

Bundan əlavə, Zərifə Əliyeva küçəsinin Bülbül prospekti və Səməd Vurğun küçəsi ilə kəsişmələri arasında yol qismən təmirdədir, lakin avtomobillərin hərəkəti tam məhdudlaşdırılmayıb. Qeyd olunan təmir işlərinin bitmə tarixi dəqiq məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR