Azərbaycan prezidenti İranın rabitə və informasiya texnologiyaları nazirinə “Dostluq” ordeni təqdim edib

Azərbaycan prezidenti İranın rabitə və informasiya texnologiyaları nazirinə “Dostluq” ordeni təqdim edib
# 21 aprel 2016 11:10 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı M. Vaezinin ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafı üçün çox böyük işlər gördüyünü, Azərbaycan xalqı və dövləti tərəfindən bu işlərin yüksək qiymətləndirildiyini deyib.

Prezident İlham Əliyev Azərbaycanla İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunduğunu deyib və ordeni ona təqdim edib.

Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görülməsinə görə dövlət başçısına minnətdarlığını ifadə edən M. Vaezi öz xalqına və öz dinindən olan qonşu Azərbaycan xalqına xidmət etməsindən iftixar hissi duyduğunu vurğulayıb.

Aprelin 20-də Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün təməlqoyma mərasiminə toxunan dövlət başçısı bunu ötən müddət ərzində görülən işlərin nəticəsi kimi dəyərləndirib və ölkələrimiz arasında əldə olunan bütün razılaşmaların icra edilməsindən məmnun olduğunu deyib. Prezident İlham Əliyev İstanbulda İran prezidenti Həsən Ruhani ilə görüşdüyünü və bir daha hər iki tərəfin əlaqələrimizin inkişafı ilə bağlı görüləcək işləri müzakirə etdiklərini vurğulayıb. Dövlət başçısı İran İslam Respublikasına səfərini də məmnunluqla xatırlayıb.

M. Vaezi isə bildirib ki, ölkəsinin dövlət başçısı prezident İlham Əliyev ilə İstanbuldakı görüşünü böyük razılıq hissi ilə xatırlayır. O, dövlət başçılarının rəhbərliyi ilə ölkələrimiz arasında əlaqələrin ikitərəfli və beynəlxalq əməkdaşlıq sahələrində uğurla inkişaf etdirildiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR