ARDNF: “Azərbaycanda MHŞT üzrə vətəndaş cəmiyyətinin səmərəli iştirakının qarşısını alan heç bir məhdudiyyət yoxdur”

ARDNF: “Azərbaycanda MHŞT üzrə vətəndaş cəmiyyətinin səmərəli iştirakının qarşısını alan heç bir məhdudiyyət yoxdur”
# 30 aprel 2016 09:03 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bu gün əminliklə deyə bilərəm ki, Azərbaycanda Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə vətəndaş cəmiyyətinin səmərəli iştirakının qarşısını alan heç bir məhdudiyyət yoxdur”.

APA-Economics” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “Mədən sənayesində şəffaflığın artırılması koalisiyası”nın XVIII ümumi yığıncağında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, bu yaxınlarda Azərbaycanın yenidən qiymətləndirilməsi prosesinə başlanılacaq. “Bu dövr ərzində bu sahədə problemlərin, qaldırılmış məsələlərin əksəriyyəti artıq həll olunub və yerdə qalan məsələlər üzərində də onların həlli istiqamətində iş gedir. Bu işin aparılmasında mən bütün tərəfləri səmərəli, konstruktiv iş birliyinə çağırıram. Bu gün gündəlikdə vacib məsələlər yer alır. Bu gündəlikdə yeni şuranın seçilməsi, çoxtərəfli qrupun gələcəkdə üzvlərinin seçilməsi məsələsi öz əksini tapıb”, - deyə Ş. Mövsümov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR