Maltəpə Hərbi Liseyinin nümayəndə heyəti Azərbaycan Ali Hərbi Məktəbində olub

Maltəpə Hərbi Liseyinin nümayəndə heyəti Azərbaycan Ali Hərbi Məktəbində olub
# 03 iyun 2016 10:42 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Türkiyənin İzmir şəhərində yerləşən Maltəpə Hərbi Liseyinin zabit və kursantlardan ibarət nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaqlara hərbi məktəbin tarixinə, təlim-tədrisi prosesinə və digər fəaliyyətlərinə dair brifinq təqdim edilib.

Nümayəndə heyəti hərbi təhsil ocağının kafedralarındakı tədris, maddi-texniki və digər hərbi təyinatlı vasitələrlə yaxından tanış olub. Qonaqlara ixtisas fakültələrinin döyüş texnikası və təlim trenajorları, atıcı silahlar və digər hərbi təyinatlı vasitələr barədə ətraflı məlumat verilib.

Maltəpə Hərbi Liseyinin zabit və kursantları hərbi məktəb ilə tanışlıqdan zəngin təəssüratlarla ayrılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR