Suriya danışıqları Cenevrədə yanvarın 25-nə planlaşdırılıb

Suriya danışıqları Cenevrədə yanvarın 25-nə planlaşdırılıb
# 27 dekabr 2015 00:35 (UTC +04:00)

Bakı-APA. BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Stefan de Mistura Suriya danışıqlarının yanvarın 25-nə planlaşdırıldığını bildirib. Bu barədə APA “Röyters”ə istinadən xəbər verir.

“Ümid edirik ki, müvafiq iştirakçılarının hamısı bu prosesdə iştirak və sıx əməkdaşlıq edəcək”, deyə bəyanatda bildirilir.

Danışıqların Cenevrədə keçiriləcəyi qeyd olunur.

Bundan əvvəl ABŞ-da səfərdə olan Suriya Müxalifətinin Milli Koalisiyasının nümayəndəsi Nəcib Qadban Suriya müxalifətinin keçid prosesi zamanı prezident Bəşər Əsədlə danışıqlar aparılmasının vacib hesab etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR