DİN Bakıda bir nəfərin ölümü ilə nəticələnən hadisə haqqında məlumat yayıb

DİN Bakıda bir nəfərin ölümü ilə nəticələnən hadisə haqqında məlumat yayıb
# 25 yanvar 2016 10:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyi (DİN) Bakıda bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 23-də Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki “Qağayı” düşərgəsindəki qazanxananın tüstü borusu orada işləyən Bakı şəhər sakini Səfəralı Səfərovun üstünə düşüb. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR