Nazir Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər naziri ilə görüşüb

Nazir Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər naziri ilə görüşüb
# 26 noyabr 2015 15:23 (UTC +04:00)

Bakı - APA. Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 26-da Gürcüstanın daxili işlər naziri Giorgi Mğebrişvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazir qonağa ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib, hər iki nazirlik arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Öz növbəsində, Giorgi Mğebrişvili Azərbaycan FHN-in yaradılmasının 10 illik yubileyi ilə bağlı təbriklərini çatdırıb. Qonaq Azərbaycanla Gürcüstanın fövqəladə hallarla mübarizə üzrə müvafiq qurumları arasında əlaqələrin daha da dərinləşməsi və inkişaf etdirilməsinin böyük əhəmiyyətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə olunması və Əməliyyat zallarının fəaliyyəti ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR