Şəkidə sahibsiz it azyaşlını dişləyib

Şəkidə sahibsiz it azyaşlını dişləyib
# 29 avqust 2016 07:25 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə 7 yaşlı oğlanı sahibsiz it dişləyib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 28-də saat 21.00 radələrində rayonun Daşbulaq kənd sakini, 2008-ci il təvəllüdlü Nihad Samir oğlu Novruzov it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, azyaşlı küçədə oynayarkən sahibsiz it ona hücum edib. Nihad Novruzova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR