“Texnikabank”ın əmanətçilərinə 3,9 milyon manat kompensasiya ödənilib

“Texnikabank”ın əmanətçilərinə 3,9 milyon manat kompensasiya ödənilib
# 16 fevral 2016 16:19 (UTC +04:00)

Əmanətlərin Sığortalanması Fondundan “APA-Economics”ə verilən məlumata görə, seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçilərə 3,9 mln. manatdan artıq kompensasiya ödənilib.

Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Sığorta hadisəsinə görə fond tərəfindən hər bir qorunan əmanətçiyə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq “Muğanbank” ASC, “Rabitə Bank” ASC, “Unibank” ASC və “Kapitalbank” ASC seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR