Ombudsman Şamaxıda müəllimin şagirdi zorlaması faktı ilə bağlı baş prokurora müraciət edib

Ombudsman Şamaxıda müəllimin şagirdi zorlaması faktı ilə bağlı baş prokurora müraciət edib
# 16 iyun 2016 11:56 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu – APA. Şamaxıda müəllimin şagirdi zorlaması faktı ilə bağlı Baş Prokurorluğa müraciət olunub.

APA-nın məlumatına görə, bu barədə ombudsman Elmira Süleymanova bildirib. Ombudsman qeyd edib ki, Pirbəhli kənd orta məktəbinin 9-cu sinif şagirdinin müəllimi tərəfindən zorlanması faktının araşdırılması üçün baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb: “Hazırda araşdırmaların nəticəsini gözləyirik”.

Qeyd edək ki, Pirbəhli kənd orta məktəbinin müəllimi İbrahimov Elnur Həsənağa oğlu 9-cu sinif şagirdini zorlamaqda təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR