Sudan və CAR prezidentləri Azərbaycanın dövlət başçısını təbrik ediblər

Sudan və CAR prezidentləri Azərbaycanın dövlət başçısını təbrik ediblər
# 03 iyun 2016 15:57 (UTC +04:00)

Bakı – APA. Sudan prezidenti Ömər Həsən Əhməd əl-Bəşir Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, onun məktubunda deyilir:

“Milli bayramınız – Respublika Günü münasibətilə sizi, Azərbaycan xalqını və hökumətini Sudan xalqı, hökuməti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq əlaqələrindən məmnunluğumu bildirir, bu əlaqələrin gələcəkdə daha da inkişaf etməsini diləyirəm. Zati-aliləri, sizə cansağlığı, Azərbaycan xalqına isə rifah və tərəqqi arzu edirəm”.

İ. Əliyevi Cənubi Afrika Respublikasının prezidenti Ceykob Gedleyihlekisa Zuma da təbrik edib: “Milli bayramınız – Respublika Günü münasibətilə sizə, Azərbaycan xalqına və hökumətinə Cənubi Afrika Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Fürsətdən istifadə edərək, zati-alinizə möhkəm cansağlığı diləyir, ölkələrimiz arasındakı mükəmməl dostluq münasibətlərini daha da gücləndirmək arzusunda olduğumuzu bir daha təsdiq edirik. Zati-aliləri, xahiş edirəm, yüksək ehtiramımı qəbul edin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR