Ermənistanda keçirilən paradda əsgər özündən gedərək yıxılıb

Ermənistanda keçirilən paradda əsgər özündən gedərək yıxılıb
# 21 sentyabr 2016 12:52 (UTC +04:00)

Bakı - APA. Bu gün Ermənistanın müstəqilliyinin 25 illiyi münasibətilə İrəvanda keçirilən hərbi paradda gözlənilməz an yaşanıb.

APA-nın məlumatına görə, Ermənistan prezidenti çıxış edərkən sırada dayanmış əsgərlərdən biri özündən gedərək yıxılıb.

Canlı yayımlanan paradda əsgərin yıxıldığı an ekranlardan da aydın görünüb.

APA Fərid Əliyev adlı oxucunun redaksiyaya təqdim etdiyi videonu təqdim edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR