Şimali Koreya ballistik raketlərində yüksək dəqiqliyə nail olub

Şimali Koreya ballistik raketlərində yüksək dəqiqliyə nail olub
# 16 sentyabr 2016 03:26 (UTC +04:00)

Bakı-APA. Şimali Koreya 1,3 min kilometrədək məsafəyə uçan ballistik raketlərində yüksək hədəfi vurma dəqiqliyinə nail olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Renhap” agentliyinə məlumatlı hərbi mənbə bildirib.

Məlumata görə, KXDR-in sentyabrın 5-də buraxdığı üç raketin hamısı min kilometrdən çox məsafəni qət edib və Yaponiyanın havadan müdafiə zonasına çataraq, 1 km radiusunda dənizə düşüb.

“Bu cür raketlər nüvə, yaxud biokimyəvi başlıqlarla təchiz olunarsa, bunun hansı fəsadlarla nəticələnəcəyini təsəvvür etmək çətindir”, - deyə mənbə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR