Gürcüstanda Rusiya-Ermənistan qaz kəmərini partlatmağı planlaşdıran şəxslər saxlanılıb

Gürcüstanda Rusiya-Ermənistan qaz kəmərini partlatmağı planlaşdıran şəxslər saxlanılıb
# 22 avqust 2016 09:57 (UTC +04:00)

Bakı – APA. Gürcüstan xüsusi xidmət orqanlarının əməkdaşları Rusiya ilə Ermənistanı birləşdirən qaz kəmərini partlatmağa cəhd etmiş şəxsləri saxlayıblar.

APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, keçirilən xüsusi əməliyyat nəticəsində 7 nəfər saxlanılıb, onların arasında Poti şəhərinin polis əməkdaşı da var.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi bildirib ki, saxlanılan şəxslər qaz kəmərinin Saquramo kəndindən keçən hissəsində terror aktı planlaşdırıblarmış.

Saxlanılan şəxslərdən 5 nəfər Gürcüstan vətəndaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR