Somalidə 60-dan çox keniyalı hərbçi öldürülüb

Somalidə 60-dan çox keniyalı hərbçi öldürülüb
# 15 yanvar 2016 12:09 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Əş Şəbab” terror qruplaşması Somalinin cənubunda yerləşən Keniya hərbi bazasına hücum edib. Nəticədə 60-dan çox keniyalı hərbçi öldürülüb.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Keniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, terrorçular bazanın ərazisinə minalanmış avtomobillə daxil olublar.

Xatırladaq ki, Keniya hərbçiləri Somalidə Afrika İttifaqının sülhməramlı missiyasının tərkibində xidmət edirlər. “Əş Şəbab” qruplaşması isə ölkənin böyük hissəsinə nəzarəti ələ keçirmək uğrunda Somali hökumətinə qarşı mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR