Topaz Premyer Liqası: 102 çempionat arasında 33-cü yerdədir

Topaz Premyer Liqası: 102 çempionat arasında 33-cü yerdədir
# 03 fevral 2016 10:53 (UTC +04:00)

Bakı – APA. UEFA-ya üzv olan ölkələrin müxtəlif liqalarında keçirilən oyunlarda qeydə alınan tamaşaçı sayı ilə bağlı siyahı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “yaz-payız” sistemi ilə keçirilən çempionatlarda 2015 mövsümü, “payız-yaz” sisteminin tətbiq olunduğu liqalarda isə 2015/16 mövsümünün ilk yarısını ilə bağlı araşdırmalar sona çatıb.

Bəzi ölkələrlə bağlı göstəricilərin yer almadığı cədvəldə Avropanın ümumilikdə 102 liqası qərarlaşıb. İngiltərənin 8 liqa ilə təmsil olunduğu siyahıda bəzi ölkələr 2-4, bəziləri isə ancaq yüksək liqa ilə təmsil olunub.

Azərbaycanın da sonuncular kimi yalnız Topaz Premyer Liqası cədvələ daxil edilib. Orta tamaşaçı sayı 2739 göstərilən çempionatımız Avropada 33-cü yerdə qərarlaşıb.

Çempionatımız İngiltərənin gücünə görə 4-cü olan “2-ci liqas”ından da geri qalır. Almaniyanın 3, Şotlandiya, İtaliya, Fransa və Hollandiyanın ilk iki dəstəsi də Premyer Liqamızı arxada qoyur. Əvəzində Premyer Liqamız Serbiya, Xorvatiya, Bolqarıstan kimi ölkələrin yüksək dəstələrini də da geridə qoyub.

Siyahıya isə ənənəvi olaraq, Almaniya Bundesliqası başçılıq edir. İngiltərə Premyer Liqası 2-ci, İspaniya La Liqası 3-cüdü. Maraqlıdı ki, İtaliya və Fransadan da geri qalan Almaniyanın 2-ci Bundesliqası Avropada 6-cıdı və digər ölkələri yüksək dəstələrini də kölgədə qoyur.

yer

liqa

orta tamaşaçı sayı

1

Almaniya

43331

2

İngiltərə

36397

3

İspaniya

28275

4

İtaliya

22264

5

Fransa

20101

6

Almaniya-2

18792

7

Hollandiya

18733

8

İngiltərə-2

17352

9

Belçika

11791

10

Rusiya

11457

11

İsveçrə

10958

12

Portuqaliya

10867

13

İsveç

9961

14

Şotlandiya

9362

15

Polşa

8421

16

Türkiyə

8217

17

Şotlandiya-2

7773

18

Danimarka

7204

19

İngiltərə-3

7040

20

Almaniya-3

6912

21

İtaliya-2

6905

22

Fransa-2

6742

23

Norveç

6711

24

Avstriya

6434

25

Ukrayna

5233

26

Çexiya

5032

27

İngiltərə-4

4815

28

Yunanıstan

4287

29

Hollandiya-2

3606

30

Qazaxıstan

3579

31

Rumıniya

3268

32

Macarıstan

2879

33

AZƏRBAYCAN

2739

34

Xorvatiya

2668

35

Slovakiya

2666

36

Serbiya

2609

37

Finlandiya

2574

38

Rusiya

2548

39

Türkiyə-2

2504

40

Bolqarıstan

2234

41

İtaliya-3

2146

42

İsveçrə-2

2084

43

Norbeç-2

2002

44

Avstriya-2

1952

45

İngiltərə-5

1906

46

Belarus

1696

47

İrlandiya

1695

48

İsveç-2

1623

49

Albaniya

1477

50

Ukrayna-2

1456

51

Polşa-2

1446

52

Bosniya və Herseqovina

1407

53

Sloveniya

1387

54

Danimarka-2

1232

55

Moldova

1202

56

Hollandiya-3

1172

57

İslandiya

1107

58

Ukrayna-3

1059

59

Finlandiya-2

1026

60

Şimali İrlandiya

963

61

Şotlandiya-3

963

62

Rusiya-3

961

63

Çexiya.-2

933

64

Portuqaliya-2

796

65

Rumıniya-2

786

66

İngiltərə-6

784

67

Serbiya-2

765

68

Makedoniya

731

69

Polşa-3

713

70

Macarıstan-2

673

71

İsveç-3

657

72

Gürcüstan

638

73

Ermənistan

597

74

Hollandiya-4

563

75

Monteneqro

555

76

Bolqarıstan-2

538

77

Şotlandiya-4

527

78

Belarus-2

516

79

Avstriya-3

508

80

Litva

502

81

Lüksemburq

496

82

Latviya

488

83

İrlandiya-2

487

84

Slovakiya-2

475

85

Albaniya-2

473

86

Xorvatiya-2

430

87

Farer adaları

418

88

İsveçrə-3

418

89

Danimarka-3

417

90

Uels

337

91

Estoniya

325

92

İngiltərə-7

317

93

Almaniya-5

316

94

Kipr

269

95

Litva-2

232

96

İsveç-4

230

97

Fransa-3

219

98

Sloveniya-2

214

99

İngiltərə-8

166

100

Almaniya-4

134

101

Estoniya-2

85

102

Estoniya-3

74

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR