Ötən ay SOCAR Ceyhan limanından xam neftin ixracını 51%-dən çox artırıb

Ötən ay SOCAR Ceyhan limanından xam neftin ixracını 51%-dən çox artırıb
# 01 dekabr 2015 14:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. SOCAR bu ilin noyabr ayında Ceyhan limanından 1 mln. 529 min 565 ton xam neft ixrac edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin noyabr ayı ilə müqayisədə 51,07% çoxdur.

Ümumilikdə, bu ilin yanvar-noyabr ayları ərzində Ceyhan limanından isə 16 mln. 78 min 695 ton xam neft ixrac edilib. Bu, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 12,08% azdır.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR