Hindistanda qar uçqunu nəticəsində 10 hərbçi itkin düşüb

Hindistanda qar uçqunu nəticəsində 10 hərbçi itkin düşüb
# 03 fevral 2016 11:33 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Hindistanın Cammu və Kəşmir ştatlarında baş vermiş qar uçqunu nəticəsində azı 10 hərbçi itkin düşüb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Siaçen buzlağına yaxın ərazidə, dünyada ən hündür hərbi bazalardan birində baş verib. Hindistan ordusunun rəsmisi bildirib ki, hadisə baş verən ərazidə xilasetmə tədbirləri aparılır.

Qeyd edək ki, ötən ay oxşar insdient nəticəsində 4 hərbi qulluqçu həyatını itirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR