Bakıda “Qərar qəbuletmədə qadınların rolunun artırılması yolları” mövzusunda konfrans keçirilib

Bakıda “Qərar qəbuletmədə qadınların rolunun artırılması yolları” mövzusunda konfrans keçirilib
# 17 dekabr 2015 09:05 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti “Qərar qəbuletmədə qadınların rolunun artırılması yolları” mövzusunda konfrans keçirib.


APA-nın xəbərinə görə, tədbirdə çıxış edən hüquq müdafiəçisi Novella Cəfəroğlu Cənubi Qafqaz Qadın Konqresinin yaradılması və fəaliyyəti barədə məlumat verib. O bildirib ki, konqresin yaradılmasında məqsəd Qafqazda gender bərabərliyi yaratmaq, qadınların dövlət orqanlarında təmsil olunmasını təşkil etməkdir.

Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Sevinc Hüseynova deyib ki, Cənubi Qafqazda qadın hüquqları ilə məşğul qadınlarla görüşlər keçirib: "Təklif edildi ki, Cənubi Qafqazın siyasi partiyaları arasında əlaqə qurulsun. Gürcüstanda siyasi partiyalarda qadınlar az təmsil olunur. Biləndə ki, bizim Müsavat partiyasında 3 yüksək vəzifədən ikisini qadınlar tutur, bu, çox böyük uğur kimi qəbul edildi".

Hüquq müdafiəçisi Səidə Qocamanlı isə çıxışında Qarabağ münaqişəsinin tənzimlənməsində qadınların rolundan danışıb. O qeyd edib ki, konfliktlərin həllində, sülh quruculuğunda qadınlar da iştirak etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR